Son illərdə dietoloq peşəsinə maraq xeyli artıb.
Medicina.az xəbər verir ki, Üsküdar Universiteti Sağlamlıq Elmləri Fakültəsi Qidalanma və Pəhriz Bölümü müəllimi Hatice Nurseda Hatunoğlu bu marağın əsas səbəblərinin obezite, xroniki xəstəliklərin artması və sosial medianın təsiri olduğunu ifadə edib:
"Dietoloqlar diabet, hipertoniya, ürək xəstəlikləri, xərçəng kimi sağlamlıq problemləri üçün qida müalicəsi tətbiq edirlər. İdmançılar, uşaqlar, hamilə qadınlar, yaşlılar üçün qidalanma sistemlərindən tutmuş kütləvi qidalanmaya qədər geniş bir sahədə xidmət göstərirlər.
Cəmiyyətdə hələ də tez-tez rast gəlinən yanlış qidalanma üsullarına diqqət çəkən Hatunoğlu, "Tək növ qidalanma, yeməkləri ötürmək, karbohidratları tamamilə kəsmə və ya detoks adı altında edilən içki müalicələrinin elmi əsası yoxdur. "Möcüzə pəhrizlər"i daimi kilo verməyi təmin etmir", deyib.

Sosial şəbəkələrdə də yalan məlumatların yayılmasının artdığını bildirən Hatunoğlu, insanlarln yalnız Səhiyyə Nazirliyinin diplomu və icazəsi ilə dietoloqlara müraciət etməli olduğunu vurğulayıb.
O, bu məsələ ilə bağlı ictimai elanların və maarifləndirmə işlərinin artırılmasının vacibliyinə diqqət çəkib.
Dietoloqların təkbaşına işləmədiyini, həkim, psixoloq və fizioterapevtlərlə birlikdə həyata keçirilən müalicə proseslərində aktiv rol aldığını söyləyən Hatunoğlu, bu yanaşmanın həm müalicə prosesini sürətləndirdiyini, həm də fərdlərin həyat keyfiyyətini artırdığını sözlərinə əlavə edib
Aygün
Medicina.az