BAKI. 17 iyun. TELEQRA
İran hələ İsrailə qarşı ciddi əməliyyatlar keçirməyib, yalnız xəbərdarlıq zərbələri ilə kifayətlənib.
Teleqraf xəbər verir ki, bunu İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi bildirib.
O, həmçinin israilliləri Tel-Əviv və Hayfanı tərk etməyə çağırıb.
Baş Qərargah rəisinin sözlərinə görə, əgər israillilər həyatlarını xilas etmək istəyirlərsə, Tel-Əviv və Hayfanı tərk etməlidirlər.