AZ

Tramp ABŞ ın İranın nüvə obyektlərinə zərbə endirməsi ehtimalını nəzərdən keçirir

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyatına ABŞ-ın da qoşulması və Amerikanın islam ölkəsinin nüvə obyektlərinə zərbələr endirməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tramp xüsusilə Fordoda yerləşən yeraltı uranın zənginləşdirilməsi obyektinə mümkün zərbə variantını ciddi şəkildə dəyərləndirir.

Məlumata görə, Trampın İranla bağlı qərarı milli təhlükəsizlik üzrə müşavirlərlə keçiriləcək iclasdan sonra verəcəyi gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
2
apa.az

2Mənbələr