
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, telefon danışığı barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Telefon danışığı zamanı o, İsrailin İrana hücumlarının Yaxın Şərqin təhlükəsizliyinə ən böyük təhlükənin Benyamin Netanyahu administrasiyasının olduğunu göstərdiyini bildirib:
“Prezident Ərdoğan Türkiyənin İsrailin İrana hücumundan sonra intensiv diplomatik təmaslar apardığını və bu hücumların başladığı zorakılıq spiralına son qoymaq üçün səylərini davam etdirəcəyini bildirib. O, Netanyahunun regionun təhlükəsizliyinə ən böyük təhdid olduğunu bir daha göstərdiyini qeyd edib”.