İsrailin İrana hücumları Binyamin Netanyahunun administrasiyasının Yaxın Şərqin təhlükəsizliyinə ən böyük təhdid yaratdığını göstərir.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı zamanı deyib.
"Prezident Ərdoğan Türkiyənin İsrailin İrana hücumundan sonra intensiv diplomatik təmaslar apardığını və zorakılıqlara son qoymaq üçün səylərini davam etdirəcəyini bildirib. O qeyd edib ki, Netanyahu regional təhlükəsizliyə ən böyük təhdid olduğunu bir daha göstərdi", - Türkiyə liderinin ofisinin telefon danışığından sonra verdiyi açıqlamada deyilir.
İsrailin İrana hücumunun Qəzzadakı humanitar böhran və soyqırımı kölgədə qoyduğunu deyən Ərdoğan bildirib: “Suriyanın bu hadisələrə cəlb edilməsinə icazə verə bilmərik”.