Ermənistan Daxili İşlər Nazirliyinin kriminal polis bölməsi rusiyalı iş adamı, "Taşir" Holdinqin rəhbəri Samvel Karapetyanın evində axtarış aparır.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Karapetyanın evinin yaxınlığındakı maşınlar ərazidən uzaqlaşdırılıb. Ermənistan DİN-dən bildirilib ki, aparılan tədbirlər nəticəsində saxlanılanlar var. Onların arasında Karapetyanın olub-olmadığı dəqiqləşdirilməyib.
Onun qardaşı Karen Karapetyan jurnalistlərə açıqlamasında bildirib ki, Samvel Karapetyanın İrəvandakı evinin yaxınlığında 45-dən çox adam saxlanılıb.
Qeyd edək ki, bütün bunlar Samvel Karapetyanın Erməni Apostol Kilsəsini müdafiə edən bəyanatla çıxış etməsindən dərhal sonra baş verib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta