BAKI, 17 iyun. TELEQRAF
Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp ABŞ-nin İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və Amerika qüvvələrinin İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirməsi ehtimalını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb .
Nəşr qeyd edir ki, Tramp ABŞ-nin İranın nüvə obyektlərinə, xüsusən də Fordodakı yeraltı zənginləşdirmə obyektinə zərbə endirməyi ciddi şəkildə düşünür.