AZ

İran: İsrail bizim səbrimizi sınayır

İsrail bizim səbrimizi sınayır.

Operativ Media xəbər verir ki bu, barədə İranın təhlükəsizlik dairələrinə yaxın mənbələrdən biri Rusiya mediasına bildirib.

“Bizim ciddi addımlarımız olacaq. İsrail cavabın hansı formada və haradan gələcəyini belə bilməyəcək. Bu, onlar üçün sürpriz olacaq,” – deyə mənbə qeyd edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb.

Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

Seçilən
16
operativmedia.az

1Mənbələr