AZ

Naxçıvan təyyarələrinə İran-İsrail raketlərindən təhlükə...


Zaur İbrahimli: “Həm Azərbaycan, həm Türkiyə və digər qonşu ölkələr üçün İranın bombalanması təhlükəsizlik baxımından risqlər yaradır”

Yaxın Şərq tarixi vulkan kimi yenidənpüskürməyə hazırdır. İran və İsrail arasında illərdir qaynayan, lakin heç zaman tam mənada soyumayan ideoloji, hərbi və siyasi qarşıdurma bu dəfə real bir müharibə ssenarisi ilə dünya gündəmini silkələyir. İsrail və İran arasında baş verən qarşılıqlı raket hücumları Azərbaycanın Culfa rayonu ərazisindən də aydın şəkildə müşahidə edilib. Hadisə zamanı səmanın müxtəlif istiqamətlərində raketlərin hərəkət trayektoriyası vizual olaraq izlənilib.

Qeyd edək ki, regionda yerləşən sakinlər bu anları mobil telefonlarla qeydə alaraq sosial şəbəkələrdə paylaşıblar. Maraqlıdır, baş verən hadisənin Naxçıvana və ya Naxçıvana uçan təyyarələrə təsiri varmı?

“İsrailin raket hücumlarının hədəfləri sırasında Azərbaycanla sərhəddə yerləşən hərbi hissələr də var, bu baxımdan raket hücumlarının Azərbaycan tərəfdən görünməsi təbiidir”

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran-Azərbaycan sərhədində İranın hərbi hissələri yerləşir: “Əsasən, Culfa, Aslanduz, Parsabad və Astara şəhərlərində İran hərbi qüvvələri sıx yerləşib. İran özünün şimal-şərq sərhədlərini qorumaq üçün hərbi hissələri qeyd edilən ərazilərdə yerləşdirib. Istisna deyil ki, İsrailin raket hücumlarının hədəfləri sırasında Azərbaycanla sərhəddə yerləşən hərbi hissələr də var. Bu baxımdan raket hücumlarının Azərbaycan tərəfdən görünməsi təbiidir. Onu da deyim ki, əvvəllər İran tez-tez Azərbaycanla sərhəddə hərbi təlimlər keçirirdi. Bəzi hallarda isə bu təlimlərnümayişkaranə şəkildə göstərilirdi. Bu məlumatlar onu deməyə əsas verir ki, Azərbaycanla dövlət sərhədində İranın, xüsusən İslam Keşikçiləri Korpusunun güclü hərbi infrastrukturu olub. Həmin hərbi infrastrukturların bombalanması təhlükəsizlik baxımından narahatlıq yarada bilməz. İstənilən halda, hər bir ölkənin qonşuluğunda baş verən əməliyyatlar özündə müəyyən risq daşıyır. O da məlumdur ki, Bakıdan Naxçıvana gedənavtobuslar İran ərazisindən keçirdi. Məlum hadisədən sonra həmin nəqliyyatın hərəkəti dayandırılıb. Hava nəqliyyatında da təhlükə və risq mövcuddur. Xüsusi ehtiyac olmadığı halda hava nəqliyyatının ənənəvi marşrutlarından istifadə olunmur. Həm Azərbaycan, həmTürkiyə və digər qonşu ölkələr üçün İranın bombalanması təhlükəsizlik baxımından risalər yaradır. Azərbaycan tərəfi ilk gündən tərəfləri siyasi dialoqa çağırıb, hərbi vasitələrin tətbiqindən çəkinməyə dəvət edib”.

Günel CƏLİLOVA

Seçilən
6
baki-xeber.com

1Mənbələr