AZ

Cüdo: Azərbaycan dünya çempionatında 2-ci medalını qazandı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan daha bir medal qazanıb. Msport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev bürünc medala layiq görülüb.

O, 3-cü yer uğrunda görüşdə Estoniya təmsilçisi Klen Kristofer Kaljulaidə qalib gəlib.

Bu, milli komandamızın dünya çempionatında ikinci medalı olub. Buna qədər Zelim Tçkayev də (81 kq) bürünc mükafata yiyələnmişdi.

 

Seçilən
4
msport.az

1Mənbələr