AZ

"Fənərbaxça"nın təklifini qəbul etmədi - Səudiyyə Ərəbistanında qalacaq

"Əl-Əhli"nin müdafiəçisi Merih Demirala Avropadan təkliflər var.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" və "Atletiko" türk futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hər iki klub Merihlə əlaqə saxlayıb. Lakin Türkiyə millisinin üzvü növbəti mövsümü də Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirmək qərarı verib. O, müqaviləsinin sonuna kimi klubda qalacaq.

Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı 2023-cü ilin yayında "Atalanta"dan transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

saytlarin hazirlanmasi

Seçilən
7
1
sportal.az

3Mənbələr