3 ildən çoxdur ki, şimal qonşumuz Rusiya Ukrayna ilə müharibə aparır... İndi də İran və İsrail arasında gərginlik yaşanır...
İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirir, İran da buna cavab verir. Bu vəziyyət bölgədə faktiki müharibə şəraitinin yaranmasına gətirib çıxarıb. İndi hamı daha aydın başa düşür ki, pandemiya bitsə də sərhədlər niyə bağlı saxlanılır.
Biz bunu indi görüb başa düşürük, amma Azərbaycanın Ali rəhbərliyi üçün bu gözlənilən idi...
Hələ 2024-cü ilin fevral ayında prezident İlham əliyev andiçmə mərasimində çıxışı zamanı Planetimizin Üçüncü Dünya müharibəsinə çox yaxın olduğunu vurğulamış, sərhədlərin açılmasının Azərbaycanın daxili təhlükəsizliyi üçün əlavə risklər yaradacağını bildirmişdi.
Dövlət başçısı eyni mövzuya 2024-cü ilin aprelin 23-də ADA Universitetində keçirilən forumda da toxundu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.