İyunun 17-də səhər saatlarında Rusiyanın Odessaya endirdiyi zərbə nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Dağıntılar altından daha bir qadının meyiti tapılıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiperin Teleqramına istinadən məlumat yayıb.
"Təəssüf ki, Rusiya dronlarının hücumunun qurbanlarının sayı artıb. 78 yaşlı qadının cəsədi dağıntılar altından tapılıb. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm", - Kiper deyib.
Onun sözlərinə görə, ümumilikdə 26 nəfər tibbi yardıma müraciət edib. Bütün zərərçəkənlərə lazımi yardım göstərilib və ambulator müalicə davam etdirilir.
QAZİLER.AZ