AZ

Rusiyanın Ticarət Nümayəndəliyinə PUA hücumu edildi

Rusiyanın İsveçdəki Ticarət Nümayəndəliyi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Dron nümayəndəliyin girişinə boya paketi atıb.

"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, hadisə barədə Rusiyanın Stokholmdakı səfirliyi məlumat yayıb.

"Bu hadisə son zamanlar diplomatik missiyamızın binalarına qarşı törədilən oxşar hücumlar silsiləsinin davamıdır. Belə halların əməkdaşlarımızın təhlükəsizliyinə ciddi təhdid yaratdığı və nümayəndəliyin əmlakına ziyan vurduğu qənaətindəyik", - deyə səfirliyin "Telegram" kanalında yayılan açıqlamada qeyd olunub.

Seçilən
20
3
olke.az

4Mənbələr