AZ

İnsan hüquq və azadlıqlarının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir - Baş prokuror

Bakı. Trend:

İyunun 17-də Azərbaycan Respublikasının Baş prokuroru KamranƏliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə RespublikasınınBaş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.

Trend xəbərverir ki, qonağı salamlayan Baş prokuror Azərbaycan xalqınınÜmummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”prinsipinə əsaslanan iki qardaş ölkə arasında strateji tərəfdaşlıqmünasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyinivurğulamış, Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev vəRəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan siyasi iradəsinəticəsində bu əlaqələrin dünyada bənzəri olmayan səviyyəyəyüksəldiyini bildirib.

Baş prokuror ölkəmizdə insan hüquq və azadlıqlarının təminolunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimimüəyyən olunduğunu qeyd edərək, bu istiqamətdə qəbul olunmuş dövlətproqramları və strateji sənədlərin sistemli fəaliyyətin əsasınıtəşkil etdiyini bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mehmet Akarca müxtəlifillərdə Ankarada, İstanbulda, Bakıda və Naxçıvanda keçirilmişçoxsaylı görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsindəqurulan səmərəli dialoq ikitərəfli əməkdaşlığın möhkəmlənməsinəmühüm töhfə verdiyini qeyd edib.

Kamran Əliyev ölkələrimiz arasında hüquqi əməkdaşlığınmöhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsindəkixidmətlərinə görə Mehmet Akarcanı Azərbaycan Prokurorluğunun 100illiyi yubiley medalı ilə təltif edib.

Seçilən
6
22
az.trend.az

10Mənbələr