AZ

Rusiyalı milyarder İrəvanda həbs olunub?

Ermənistan Daxili İşlər Nazirliyi rusiyalı milyarder, “Taşir” Şirkətlər Qrupunun rəhbəri və xeyriyyəçi Samvel Karapetyanın saxlanmasını təkzib edib.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" nazirliyə istinadla məlumat yayıb.

Qeyd edilib ki, milyarderin İrəvandakı evinin yaxınlığında 45-dən çox adam saxlanılıb.

Biznesmenin qardaşı, Respublika Partiyasının keçmiş deputatı Karen Karapetyan "Armlur"a bildirib ki, Samvel Karapetyan hələ də evdədir. Onun sözlərinə görə, “həbs olunmayıb, tezliklə həbs olunacaq”.

"Burada birinci həbs olunmaq üçün dayanıram, çünki mən də danışmışam. Dövlət var, aidiyyatı orqanlar var, qoy aidiyyatı orqanlar qanun çərçivəsində hərəkət etsinlər. Sabah hamı etdiklərinə, mən də etdiyimə görə cavab verəcəm", - deyib.

Seçilən
2
publika.az

1Mənbələr