
“İran üzərində hava məkanına tam nəzarətimiz var”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Vaşinqton administrasiyasının rəhbəri təfərrüatları açıqlamayıb.
ABŞ bundan əvvəl dəfələrlə bəyan edib ki, İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak etmir.
Amerika lideri həmçinin qeyd edib ki, İslam Respublikası böyük həcmdə hərbi texnikaya malikdir. O, bildirib ki, bu, ABŞ-nin istehsal etdiyi silahlarla müqayisə edilə bilməz.