ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında davam edən qarşıdurma ilə bağlı Milli Təhlükəsizlik Şurası ilə fövqəladə müşavirə keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp G7 sammitini vaxtından əvvəl tərk edərək diqqətini Yaxın Şərqdəki vəziyyətə yönəldib.
Ağ Evdə keçirilən müşavirədə yaxın günlərdə İran tərəfi ilə birbaşa əlaqələrin qurulması məsələsi də müzakirə olunub. Bununla belə, Tramp bu barədə hələ yekun qərarın verilmədiyini bildirib.