“Çelye” ötən il Konfrans Liqasında 1/4 finala qədər yüksəlib, bu da o deməkdir ki, çox ciddi komandadır".
Bu sözləri Offsideplus.az saytına açıqlamasında "Sabah" klubunun idman direktoru İqor Ponomaryov deyib.
O, bu gün İsveçrənin Nyon şəhərində keçirilən Avropa Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasiminin nəticələri barədə fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis "bayquşlar"ın qitəmiqyaslı yarışda çətin rəqiblə qarşılacağını bildirib: "Ümumiyyətlə, Avropa Liqasında asan rəqib yoxdur. Ona görə də hər bir rəqibə qarşı çox ciddi hazırlaşmaq lazımdır. Üstəlik, bizə ən güclü rəqiblərdən biri düşüb. Hamımıza uğurlar arzulayıram!".
Qeyd edək ki, "Sabah" və "Çelye" arasında ilk oyun iyulun 10-da Bakıda olacaq. Cavab görüşü bundan bir həftə sonra Sloveniyada oynanılacaq.