AZ

Ukrayna Prezidenti G7 sammitində aparıcı dünya liderləri ilə görüşəcək

Ukrayna Prezidenti Vladimir Zelenski Kanadada, Kananskis şəhərində keçirilən “Böyük Yeddilik” (G7) sammitinə gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna “Strana” nəşri məlumat yayıb.

Məlumata görə, Zelenski “G7” ölkələrinin liderlərinin “Güclü və suveren Ukrayna” mövzusunda xüsusi iclasında iştirak edəcək. Bundan əlavə, Ukrayna liderinin Fransa və Braziliya prezidentləri, Böyük Britaniya, Hindistan və Yaponiya baş nazirləri ilə, eləcə də Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşləri planlaşdırılıb.

 

Seçilən
4
nocomment.az

1Mənbələr