AZ

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya hökuməti Rusiyanın maliyyə, hərbi və enerji sektorlarını hədəf alan yeni sanksiyalar paketi elan edib.

Rəsmi açıqlamada bildirilir ki, sanksiyalar dənizçilik sahəsində fəaliyyət göstərən şirkətləri, elektron məhsullar da daxil olmaqla Rusiyaya mallar tədarük edən təchizatçıları, 4 nəfəri, 6 təşkilatı və 20 neft tankerini əhatə edir.

Yeni sanksiyalarla Rusiyanın hərbi potensialı və dənizaltı kəşfiyyat əməliyyatları aparan qurumlar hədəf alınıb. Bu tədbirlərin Böyük Britaniyanın dənizaltı infrastrukturu və daxili təhlükəsizliyinin qorunmasına xidmət etdiyi bildirilib.

Hökumət bəyanatında həmçinin vurğulanıb ki, Britaniya Rusiyanın əsas maliyyə mənbəyi olan neft gəlirlərini azaltmaq məqsədilə beynəlxalq tərəfdaşlarla birgə neftin tavan qiymətinin aşağı salınması istiqamətində fəaliyyət göstərəcək.

Baş nazir Keir Starmer sanksiyaların Rusiya Prezidenti Vladimir Putinin “müharibə maşınına” birbaşa zərbə vurduğunu və Ukraynadakı hərbi əməliyyatların davam etdirilməsini çətinləşdirdiyini bildirib.

Starmer “Bu sanksiyaların effekt verdiyini bilirik. Məhz bu səbəbdən Rusiyaya qarşı tədbirlərimizi davam etdirəcəyik,” – deyə bəyan edib.

Baş nazir əlavə edib ki, Rusiyanın yaratdığı təhlükə nəzərəçarpacaq dərəcədə azaldıla bilməz və milli təhlükəsizliyi təmin etmək üçün bütün zəruri addımlar atılacaq.

Seçilən
10
afn.az

1Mənbələr