AZ

Ümit Özdağ azadlığa buraxılıb

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ azadlığa buraxılıb.
 
Moderator.az bu barədə "Haber Global"a istinadən məlumat yayıb.
 
Xatırladaq ki, Ü.Özdağ 2025-ci il yanvarın 19-da partiyasının iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi sözlər səbəbindən barəsində təhqiqat başlamışdı. O, "ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək" maddəsi üzrə mühakimə olunurdu. Məhkəmə Ü.Özdağın cinayətinin sübuta yetirildiyini və 2 il 4 ay 3 gün müddətinə azadlıqdan məhrum edilməsi, lakin məhkəmə nəzarəti altında azadlığa buraxılması barədə qərar çıxarmışdı.
Seçilən
4
4
moderator.az

5Mənbələr