AZ

Burak Özçivit mövsüm finalından sonra imicini yenilədi - FOTO

Burak Özçivit mövsüm finalından sonra imicini yenilədi - FOTOTeleviziya ekranlarının xarizmatik siması Burak Özçivit həm uğurlu aktyorluğu, həm də şəxsi həyatı ilə gündəmdə qalmağa davam edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ATV ekranlarında yayımlanan və böyük uğur qazanan "Kuruluş Osman" serialında Osman bəy obrazını canlandıran aktyor, 4 iyun tarixində yayımlanan 6-cı mövsümün final bölümü ilə ekranlara qısa fasilə verib. Tarixi dram janrında lider xarakterlə geniş azarkeş kütləsi toplayan Özçivit, mövsüm arasında görünüşündə də nəzərəçarpacaq bir dəyişiklik edib.

Serialdakı roluna uyğun olaraq uzun müddət saqqallı və uzun saçlı imici ilə ekran qarşısına çıxan aktyor, bu dəfə daha sadə və müasir bir tərz seçib. Özçivitin yeni görünüşü sosial mediada böyük maraq doğurub və pərəstişkarları tərəfindən müsbət qarşılanıb.
Burak Özçivit mövsüm finalından sonra imicini yenilədi - FOTO

Seçilən
18
sonxeber.az

1Mənbələr