40 yaşından aşağı insanlar üçün disket tarixdən əvvəlki dövrə aid bir şey kimi görünə bilər. Amma ABŞ-ın hava hərəkəti idarəetmə sistemi hələ də disketlər üzərində işləyir.
HİT.az-ın məlumatına görə, ABŞ-ın hava hərəkəti idarəetmə sistemi o qədər pis vəziyyətdədir ki, demək olar hər ay ölümlü təyyarə qəzalarının baş verməsi artıq adi bir vəziyyətə çevrilib.
On illərlə əhəmiyyətli bir təkmilləşdirmə investisiyası qoyulmayan hava hərəkəti idarəetmə sistemində hələ də eramızdan əvvəlki əsrlərdən qalma disketlər istifadə olunur. Ən acınacaqlı tərəfi budur ki, asanlıqla pozula bilən və məlumat itkisinə səbəb olan bu disketləri oxumaq və yazmaq üçün artıq disket istehsal edən şirkət belə qalmayıb. Amma hər gün milyonlarla insanın canını həvalə etdiyi hava hərəkəti idarəetmə sistemi, insanları təhlükəsiz şəkildə yerləşdirmək üçün bu texnologiyadan istifadə etməyə davam edir.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) indi təhlükəsizliyi artırmaq və əməliyyat səmərəliliyini yüksəltmək məqsədilə genişmiqyaslı modernləşdirmə işinə başlayıb. FAA mövcud sistemin köhnəlmiş funksionallığı və ehtiyat hissələrin çatışmazlığı səbəbindən davam etdirilə bilməz hala gəldiyini vurğulayır. Bu vəziyyət, xüsusilə müxtəlif texniki nasazlıqlar və sistem fasilələrindən sonra hava nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaratmışdı.
Digər tərəfdən, ABŞ-ın bu qərarı qəbul etməsi, disketlərin dərhal yox olacağı mənasını vermir. Modernləşdirmə layihələrinin tamamlanmasının 10 ilə 13 il daha davam edə biləcəyi təxmin edilir. Əlbəttə, 40 trilyon dollar borcu olan ABŞ-n bu yeni və müasir sistemlərə keçmək üçün onlarla milyard dollar büdcə ayırmalı olması da ayrıca bir problemdir.
Verilən açıqlamalar sistemlərin yenilənməsi ilə birlikdə kağız şeriflərin və disketlərin tamamilə istifadədən çıxarılacağını göstərir. Bu tarixi texnoloji addım, ABŞ hava məkanının gələcək ehtiyaclarına cavab verəcək, daha təhlükəsiz və ağıllı hava hərəkəti idarəetmə infrastrukturu yaratmağı hədəfləyir. Lakin əvvəllər də oxşar modernləşdirmə vədlərinin verildiyi və tam həyata keçirilmədiyi keçmiş təcrübələr səbəbindən bu mövzuda bəzi şübhələr də mövcuddur.
Yəni önümüzdəki 10-20 il ərzində ABŞ hava məkanında uçacaq təyyarəyə minməyi planlaşdırırsınızsa, bilin ki, həyatınızı şerifli kağızlara çap edən nöqtəli printerlərə (iynəli printerlərə) həvalə edirsiniz. "Nöqtəli printer nədir?" deyə maraqlananlar üçün dərhal izah edək: "Windows 95" və yuxarı sistemlərdə işləyərkən uyğun istehsalçısı olmadığı üçün adətən problem yaradan köhnə tipli printerlərə "nöqtəli printer" və ya "iynəli printer" deyilir...
Samir