“Neftçi”nin futbolçusu özünə toy edib.
Söhbət bakılı azarkeşlərin rəqbətini qazanan Bassala Sambudan gedir.
İngiltərəli hücumçu 5 ildir birlikdə olan xanımla münasibətlərini rəsmiləşdirib.
Cütlük illərdir xoş vaxt keçirsə də, nikaha indi girməyi qərara alıb.
Futbolçu ailəsi xoş günü Londonda keçirib.
Sambu özəl günlə bağlı fotoları şəxsi “instagram” hesabında paylaşıb.
27 yaşlı hücumçu bu ilin fevralından geyindiyi ağ-qara formada meydana çıxdığı 14 oyunda 4 qol və 1 assistlə fərqlənib.
HƏBİB / SPORTİNFO.AZ