"Sabah" futbolçusu Con İrasabal ilə əməkdaşlığa son qoyub.
Fanat.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, müdafiəçinin müddəti başa çatan müqaviləsi yenilənməyib.
2022-ci ildən "bayquşlar"ın formasını geyinən İrasabal bu müddət ərzində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, "Sabah"la birgə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.