AZ

SON DƏQİQƏ: Ukrayna ABŞ-la razılaşdı

Ukrayna hakimiyyəti Ukrayna-Amerika mineral sövdələşməsində ilk addımları təsdiqləyib. Söhbət Ukrayna ərazisində yerləşən litium mədənlərindən birinin istismarına hazırlıqdan gedir. Ulusal.az xəbər verir ki, bu barədə The New York Times xəbər verir. Nəşrin məlumatına görə, Ukrayna hökuməti bazar ertəsi Dobra mədəninin istismarı üçün hazırlıq işlərinin başlanmasını təsdiqləyib. Məhz bu mədən Ukrayna-Amerika mineral sövdələşməsində prioritet hesab olunur.

Kiyevdən verilən məlumata görə, tender elan olunacaq və bu tenderdə ABŞ hökumətinə məxsus TechMet şirkətinin də yer aldığı investorlar qrupunun iştirak edəcəyi bildirilir. Bu şirkətin digər hissəsi Trampın yaxın dostlarından sayılan milyarder Ronald Lauderə məxsusdur. Bu şirkət 2023-cü ildən Dobra mədəninə çıxış əldə edə biləcəyini iddia edir.

Seçilən
2
moderator.az

1Mənbələr