Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmilərə İran-İsrail münaqişəsinin kəskinləşməsi fonunda orta və uzun mənzilli raketlərin istehsalını artırmağı əmr edib.
Bu barədə Bloomberg xəbər verib.
Nazirlər Kabinetinin iclasından sonra Ərdoğan deyib: “Biz orta və uzun mənzilli raket ehtiyatlarımızı son hadisələr fonunda çəkindirici səviyyəyə çatdırmaq üçün istehsal planlarını tərtib edirik”.
Türkiyə prezidenti həm ixrac, həm də daxili istifadə üçün hərbi təyyarələr, tanklar, pilotsuz təyyarələr, freqatlar və indi də raketlər istehsal edə bilən müstəqil müdafiə sənayesini inkişaf etdirmək planlarını irəli sürür.