AZ

Leverkuzeni o da tərk edəcək?

“Bayer-04”ü Qranit Caka da tərk edə bilər.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçunu “Milan” hədəfə alıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 32 yaşlı yarımmüdafiəçi üçün yaxın zamanda təklif göndəriləcək. Tərəflər arasında danışıqların gələn həftə başlayacağı bildirilir. 

Qeyd edək ki, Qranit Caka bu mövsüm "Bayer"in heyətində 49 oyuna çıxaraq 2 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdi.

Seçilən
15
1
football-plus.az

2Mənbələr