Azərbaycan Kubokunun qalibi, UEFA Avropa Liqasında "Sabah" rəhbərliyi daha bir futbolçu ilə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi Con İrasaballa başa çatan müqavilənin müddəti uzadılmayıb.
2022-ci ildən “Sabah”ın formasını geyinən 28 yaşlı futbolçu 98 oyunda meydana çıxıb, 6 qola imza atıb.
O, Azərbaycan Kubokunu, eləcə də Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb.
Xatırladaq ki, daha öncə "Sabah" rəhbərliyi digər müdafiəçi Şakir Seyidov və baş məşqçi Vasili Berezutski ilə yollarını ayırıb