AZ

"Liverpul" Osimhenin transferi üçün danışıqlara başlayıb

"Napoli"nin hücumçusu Viktor Osimhen "Liverpul"un maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən yaydığı məlumata görə, Mersisayd təmsilçisi nigeriyalı forvardın transferi ilə bağlı İtaliya klubu ilə danışıqlar aparır.

"Liverpul" bu keçidi reallaşdırmaq üçün hücumçuları Darvin Nunes və Federiko Kyezanı əhatə edən mübadilə variantını nəzərdən keçirir. Son günlərdə adıçəkilən futbolçuların transferi ilə bağlı klublar arasında ilkin təmaslar olub.

Qeyd olunur ki, Çempionlar Liqasında çıxış etmək istəyən Osimhenin özü də bu keçidə müsbət yanaşır. Lakin onun maaş tələbi "Liverpul" üçün əsas maneələrdən biri ola bilər. Buna baxmayaraq, klub Nunes və Kyezanın satışından təxminən 15 milyon funt-sterlinq qənaət edəcəyi təqdirdə, bu məbləği Osimhenin illik maaşı üçün istifadə edə bilər.

Seçilən
19
90deqiqe.az

1Mənbələr