AZ

Barselona Uilyamsı transfer etmək istəyirsə...

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

La Liqanın prezidenti Xavyer Tebas "Barselona"nın mümkün yeni transferi haqda danışıb.

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, "Atletik"in futbolçusu Niko Uilyamsın Kataloniya klubuna keçməsi ilə bağlı yayılan xəbərləri şərh edib:

"Bilmirəm. "Barselona" azad transfer etmək üçün lazımlı tələblərə cavab vermir. Onlara hələ 1/1 transfer prinsipi şamil olunmur. Əgər Nikonu transfer etmək istəyirlərsə, "Barselona" kimisə satmalıdır və hesablarını yüksək məbləğdə artırmalıdır". 

Qeyd edək ki, başa çatan mövsümdə La Liqa "Barselona"nın futbolçuları Dani Olmo və Pau Viktorun qeydiyyatdan keçirməyə imtina etmişdi. Lakin Kataloniya klubu bu qərara görə İspaniyanın Ali İdman Şurasına (CSD) apelyasiya verib. Qurum isə katalonların heç bir pozuntusunun olmadığına qərar verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
qol.az

2Mənbələr