İsrail Müdafiə Ordusu İran ərazisindən yəhudi dövlətinə doğru yeni raket buraxılışlarını qeydə alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri raketlərin qarşısını almaq və təhlükəni aradan qaldırmaq üçün müdaxiləyə başlayıb.
“Müdafiə tam təmin olunmayıb, buna görə də Arxa Cəbhə Komandanlığının təlimatlarına əməl etməyə davam etmək vacibdir”, – deyə məlumatda vurğulanıb.