2022-ci ildən “Sabah”ın formasını geyinən, mövsümün sonunda müqaviləsinin müddəti başa çatmış Con İrasabal bu klubdan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Sabah” 28 yaşlı mərkəz müdafiəçisinə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Con İrasabal “Sabah”ın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub. Əslən İspaniyadan olan malayziyalı futbolçu bu komanda ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.
İrasabal daha öncə “Amorebieta”, “Eybar”, “Mirandes” və “Leyoa” kimi klublarda da çıxış edib. O, bu ilin iyun ayında Malayziya yığmasında da debüt edib.
“Sabah” daha öncə Şakir Seyidovla da yollarını ayırdığını açıqlamışdı. Rüstəm Samiqullin (“Neftçi”, icarədən qayıdıb), Fəxri Məmmədli (“Şamaxı”, icarədən qayıdıb) və Rauf Rüstəmli (“Şamaxı”, icarədən qayıdıb) isə yenidən paytaxt klubuna qayıdıblar.