AZ

“Xankəndində Səhiyyə işçilrəinin peşə bayramını qeyd etmək qürurvericidir” Komitə sədri

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə 17 iyun 2025-ci il tarixində Xankəndi şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı genişmiqyaslı qaçış yarışının final mərhələsi keçirildi. Layihə 17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş və ölkəmizin səhiyyə işçiləri arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, asudə vaxtın səmərəli təşkili, yeni dostluqların qurulması və həmkarlar arasında birliyin gücləndirilməsini hədəflənmişdir.Layihə çərçivəsində İttifaqın rayon, şəhər şuraları və ilk təşkilatlarından olan üzvlər qruplaşdırılaraq 8 fərqli şəhər və rayonda keçirilmiş ilkin mərhələlərdə ümumilikdə 160 təşkilat, 1500 nəfərə yaxın səhiyyə işçisi və tibb təhsili alan tələbə iştirak etmişdir. Xankəndi şəhərində keçirilən Final yarışında Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının tabeliyində olan 8 fərqli rayon və şəhərlərdən qalib olan 48 nəfər Xankəndi şəhərində keçiriləcək final yarışında iştirak etmişdir. I, II və III yerlərin qalibləri (kişi və qadın) diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar. Tədbirin bədii hissəsi rəngarəng və milli ruhda təşkil olunmuşdu.Tədbir yüksək əhval-ruhiyyə ilə keçdi və iştirakçılar tərəfindən maraqla qarşılandı. “Sağlamlığa Doğru Qaç!” iştirakçılara pozitiv enerji və unudulmaz anlar bəxş etdi.

"Unikal" xəbər verir ki, tədbirdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək səhiyyə işçilərini 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı münasibəti ilə təbrik etdi.

“Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov, Cəmil Əliyev kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər. Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib Vətənə qayıdıblar. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.

Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib. Bu gün Vətənimizin dilbər guşəsi olan, 30 il həsrəti ilə yaşadığımız Xankəndimizdə belə gözəl tədbirdə qürurla iştirak edirik. Bu qüruru bizə yaşadan Cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik. Xüsusi olaraq qeyd etməliyəm ki, 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”, - deyə komitə sədri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
unikal.az

2Mənbələr