AZ

“Sabah” ispaniyalı futbolçu ilə yollarını ayırdı

"Sabah" komandası futbolçusu Con İrasabal ilə yollarını ayırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, ispaniyalı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Qeyd edək ki, 2022-ci ildən “Sabah”ın formasını geyinən C.İrasabal bu komandanın heyətində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, Bakı klubu ilə birlikdə Azərbaycan Kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.

Seçilən
13
unikal.az

1Mənbələr