AZ

Tibb İşçilərinin Peşə Bayramı Günü Ağstafada da qeyd olunub - FOTOLAR

“Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin inzibati binasında keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, PHŞ-nin baş direktoru Səyyad Yusifov, məsul şəxslər və tibb işçiləri iştirak ediblər.

"Unikal" xəbər verir ki, RİH başçısı çıxışında tibb işçilərinə peşə bayramları münasibəti ilə təbriklərini çatdıraraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi təsis olunması ölkə səhiyyəsinə və bu sahədə çalışan hər bir tibb işçisinə göstərilən xüsusi diqqət və qayğının təzahürüdür. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, xüsusilə həssas kateqoriyadan olan vətəndaşların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də xalq arasında böyük razılıq və rəğbət doğurur.

Həmçinin Seymur Orucov rayonun əsas səhiyyə müəssisəsindəki mövcud şəraitə növbəti dəfə diqqət yetirib, əməkdaşlarla söhbət aparıb, əhaliyə göstərilən tibbi xidmətlərə və digər bu kimi vacib məsələlərə dair müvafiq tövsiyələrini verib.

Tədbirin yekununda xatirə şəkli çəkdirilib.

Seçilən
13
unikal.az

1Mənbələr