AZ

İsrail Xameneini hədələdi

İsrailin müdafiə naziri İsrael Kats İranın ali dini lideri Əli Xameneiyə təhdid mesajı göndərərək onun İraqın keçmiş prezidenti Səddam Hüseyn kimi edam oluna biləcəyinə eyham vurub.

ONN media xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.
"İranın qonşu ölkəsində İsrailə qarşı bu yolu tutan diktatorun başına gələnləri xatırlayın", - deyə Kats bildirib.
O vurğulayıb ki, İsrail indi bütün cəbhələrdə İrana güclü zərbə vurur. Kats həmçinin Xameneyini “müharibə cinayətləri törətməyə və İsrail vətəndaşlarına raket atmağa davam etməmək haqqında” xəbərdarlıq edib.
Xatırladaq ki, Səddam Hüseyn 2003-cü ilin aprelində ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqa müdaxiləsi nəticəsində devrilib, ABŞ hərbçiləri tərəfindən saxlanıldıqdan sonra Hüseyn müvəqqəti İraq hökumətinə təhvil verilib və 2006-cı il dekabrın 30-da asılaraq edam edilib
Seçilən
12
1
onn.az

2Mənbələr