Moskvanın Domodedovo hava limanı Rusiya Baş Prokurorluğun tələbi ilə dövlətin xeyrinə müsadirə edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayətinin məhkəməsi “DME Holding” MMC-nin aktivlərini dövlət xeyrinə keçirib.
Məlum olub ki, 2021-2023-cü illərdə Domodedovo hava limanının sahibləri Dmitri Kamenşik və Valeri Koqan 18 milyard rubl aeroportun mənfəətini kreditlərin qaytarılması adı altında xaricə köçürüblər.