AZ

Putin və Si Cinpin arasında telefon danışığı gözlənilir

Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı aparacaq və danışıq zamanı Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.

“Konkret olaraq bu həftə, yaxın günlərdə prezidentimizin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı planlaşdırılır”, — deyə Kreml nümayəndəsi bildirib.

Uşakov qeyd edib ki, Rusiya və Çin Yaxın Şərqdəki gərginliklə bağlı “ahəngdar şəkildə” hərəkət edir və bu məsələdə mövqelərini bir-biri ilə uzlaşdırırlar. Prezidentin köməkçisi əlavə edib ki, telefon danışığı zamanı Putin və Si Cinpin digər məsələləri də müzakirə edəcəklər.

Seçilən
13
nocomment.az

1Mənbələr