AZ

Jerar Martin əməliyyat olundu

Futbol üzrə İspaniya çempionu “Barselona”nın 23 yaşlı sol cinah müdafiəçisi Jerar Martin cərrahi əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçuya sağ əlinin beşinci metakarpal sümüyünün əsas hissəsinin zədələnməsi diaqnozu qoyulub. 23 yaşlı futbolçunun mövsümöncəsi hazırlıq başlayana kimi yenidən meydana qayıdacağı ehtimal olunur.

Xatırladaq ki, müdafiəçi 21 yaşadək futbolçular arasında Avropa çempionatının İspaniya – Slovakiya matçında (3:2) zədələnmişdi.

Jerar Martin “Korneliya”nın yetirməsidir. 2023-cü ildən “Barselona”nın sıralarında olan futbolçu 2024/2025-ci illər mövsümündə bu klubun əsas komandasının heyətində bütün turnirlər çərçivəsində 42 oyuna çıxıb. O, bu oyunlarda 1 qola imza atıb, 6 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
4
arena.az

1Mənbələr