ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Yetkinlik yaşına çatmayan qızının pornoqrafiq videosunu yayan qadın həbs edilib. Cinayət Bakıda baş verib. Gülnur Əsədovaya (şərti) qarşı Cinayət Məcəlləsinin 171-1-ci maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr cəmiyyətin həm mənəvi dəyərlər sistemində, həm də hüquqi və psixoloji hazırlığında ciddi boşluqların olduğunu göstərir:“Valideynlik yalnız bioloji proses deyil, böyük məsuliyyət, düşüncə və emosional yetkinlik tələb edən bir missiyadır. Belə hadisələr bir daha sübut edir ki, ailə institutu ilə bağlı maarifləndirmə və psixoloji dəstək proqramları gücləndirilməlidir. Sosial şəbəkələrdə hüquqi məsuliyyət daşıyan davranış formalarının təbliği, eyni zamanda bu platformalarda yayılmış zərərli məzmunun süzgəcdən keçirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilməlidir. Həmçinin, riskli ailələrin dövlət nəzarətində saxlanması və bu ailələrlə sosial işçilərin, psixoloqların işləməsi vacibdir. Uşaqların təhlükəsizliyi və rifahı cəmiyyətin prioriteti olmalıdır. Araşdırmaların nəticələri gözlənilməli, amma bu hadisə vasitəsilə daha geniş sosial və hüquqi islahatlara təkan verilməlidir. Uşaqların hüquqları həm Konstitusiyada, həm də Ailə Məcəlləsində xüsusi vurğulanır və onların fiziki, psixoloji və mənəvi inkişafı dövlətin əsas prioritetlərindəndir”.Sosioloq əlavə edib ki, valideynin hüquqları uşağın maraqları ilə ziddiyyət təşkil etdikdə, prioritet həmişə uşağın maraqları olmalıdır:“Bu səbəbdən də, uşaqlara qarşı laqeyd və ya zərərverici davranan valideynlərə qarşı ciddi tədbirlər görülməlidir. Valideynlik hüququndan məhrumetmə, yalnız ekstremal hallarda tətbiq edilən bir mexanizmdir, lakin əgər valideyn uşağın həyatına, sağlamlığına və ya psixoloji durumuna birbaşa təhlükə yaradırsa, bu zaman dövlətin müdaxilə etməsi zəruridir. Bu cür hallarda həm hüquqi, həm də psixoloji qiymətləndirmə aparılmalı, müvafiq tədbirlər görülməlidir. Dövlət uşaq hüquqlarını qorumaqda ardıcıl və qətiyyətli olmalıdır”. Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.