AZ

Bütün sürücülər bu təhlükəli səhvlərə yol verirlər - Əslində isə...

Avtomobil güzgülərinin düzgün tənzimlənməsi təhlükəsiz sürücülük üçün əsas şərtlərdəndir. 

News24.az xəbər verir ki, bir çox sürücülər bu sadə qaydalara əməl etmir və nəticədə “kor nöqtə”lərdə təhlükəli vəziyyətlər yaranır.

Ən çox edilən səhvlərdən biri güzgülərin oturacaq düzgün tənzimlənməmiş halda qurulmasıdır. Bu, yolun hissələrinin görünməməsinə səbəb olur. Həmçinin, yan güzgülərdə avtomobilin qapısının və qanadlarının artıq dərəcədə görünməsi görüntü sahəsini daraldır.

Mütəxəssislər məsləhət görür ki, yan güzgülərdə avtomobilin yalnız dar bir zolağı əks olunsun və daxili güzgü tam arxa görüntünü versin. Bu qaydalara əməl etməklə sürücü ətraf mühiti daha yaxşı müşahidə edə və qəza riskini azalda bilər.

Aqil

Seçilən
8
1
news24.az

2Mənbələr