AZ

Deputat erməni milyarderin cavabını verdi Paşinyan hökumətini hədələmişdi

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verildiyi kimi, Rusiyada yaşayan erməni milyarder, “Taşir” Şirkətlər Qrupunun sahibi, eləcə də “Ermənistanın Elektrik Şəbəkələri” şirkətinin rəhbəri Samvel Karapetyan Nikol Paşinyan hökumətilə qarşıdurmada olan eməni Apostol kilsəsinin müdafiəsinə qalxaraq, hökuməti təhdid edən bəyanat yayıb.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, bu gün Ermənistan parlamentinin iclasında hakim “Mülki Müqavilə” partiyasından olan deputat Vaaqn Aleksanyan Samvel Karapetyana müraciət edərək onu siyasətə qarışmamağa və Ermənistan əhalisinin elektrik enerjisi ilə düzgün təchizatı məsələsinə diqqət yetirməyə çağırıb.

Deputatın sözlərinə görə, iş adamı böyük ehtimalla bu yolla özünə siyasi və ya yarı-siyasi müdafiə təmin etməyə çalışır: “Ermənistanın Elektrik Şəbəkələri şirkətinin

Taşir şəhərindən olan sahibi Samvel Karapetyan subaylıq andını pozan din xadimlərinin müdafiəsi kampaniyasına qoşulub. Maraqlıdır ki, Karapetyan məhz onun şirkətinin göstərdiyi xidmətlərin keyfiyyəti ilə bağlı hakimiyyətdə suallar yarananda belə bir addım atmağa qərar verib”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
azpolitika.info

1Mənbələr