AZ

Yeni təyin olunmuş məktəb direktorları ilə görüş keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan məktəb direktorları ilə görüş keçirilib.

Ucnoqta.az xəbər verir ki, idarənin akt zalında baş tutan görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri və yeni təyin olunmuş məktəb direktorları iştirak ediblər.

Görüşdə məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, sağlam və yaradıcı mühitin formalaşdırılması, məktəb-ailə və müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi, şagirdlərin davamiyyəti, məktəblərdə təhlükəsizlik və digər aktual məsələlərlə bağlı tövsiyələr verilib. Eyni zamanda direktorların sualları cavablandırılıb.

Qeyd edək ki, Regional Təhsil İdarəsinin yaradıldığı vaxtdan bu günədək Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 149 yeni direktor təyinatı həyata keçirilib.

Seçilən
20
ucnoqta.az

1Mənbələr