"Biz özümüzü Azərbaycan ərazisində təhlükəsizlikdə hiss edirik".
Bunu İrandan təxliyə edilən Belarus vətəndaşı Roman Strejak jurnalistlərə açıqlamasında deyib.
"İşlə əlaqədar İranda ezamiyyətdə idim. Göstərilən operativ dəstəyə, müharibənin getdiyi ölkədən çıxmaq üçün dövlət sərhədindən keçməyə icazə verildiyinə görə Azərbaycana təşəkkür edirəm", - deyə o, sözlərinə əlavə edib.
Ətraflı Baku TV-nin süjetində:
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Eskalasiya hələ də davam edir.