AZ

Makron və Meloni arasındakı pıçıltı gündəm oldu – VİDEO

G7 Sammitində Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Ciorcia Meloni arasındakı pıçıltılı danışıq gündəm olub.
 

MÖVZU İLƏ BAĞLI:

Trampın siyasəti Avropanı İKİYƏ BÖLDÜ – Fransa-İtaliya gərginliyinin PƏRDƏARXASI


Bizim.Media “Daily Mail”ə istinadən xəbər veri ki, Meloni G7 sammiti çərçivəsində Yaxın Şərqdəki vəziyyətlə bağlı Makronun sözlərinə qəribə reaksiya verib.

Videoda Meloninin Makronun ona nə pıçıldadığını eşitmək üçün əyildiyi və onun sözlərindən sonra gözlərini çevirdiyi görünür.

Qeyd edək ki, Makron 2022-ci ildə ikinci müddətə seçildikdən və millətçi Meloni İtaliyada hakimiyyətə gəldikdən sonra iki qonşu arasında münasibətlər heç də asan olmayıb. Xüsusilə iki lider arasındakı soyuq münasibətlər diqqətdən yayınmayıb. Meloni və Makron arasındakı soyuq münasibətlərin, xüsusən də İtaliya baş nazirinin Fransa prezidentinə qarşı antipatiyasının səbəbi bəlli olmasa da, bu, onların hər görüşündə özünü açıq büruzə verirdi.


Fransa Prezidenti Emmanuel Makron daha əvvəl İtaliyanın Baş naziri Corcia Melonini yalan danışmaqda, şəxsi təhqirlərdə və diplomatik uğursuzluqlarda ittiham etmişdi.


Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr