Bu barədə Ukrayna KİV-i şəhər meri Vitali Kliçkonun bəyanatına istinadən məlumat yayıb.
“18 iyun Kiyevdə matəm günü elan edilib. Həmin gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur”, - deyə paytaxt merinin bəyanatında vurğulanıb.
18 iyunda şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağan olunacaq.