AZ

Tramp G7 sammitində Zelenski və NATO-nun baş katibi ilə görüşdən imtina edəcək

ABŞ prezidenti Donald Tramp Kanadada keçiriləcək G7 sammitini vaxtından əvvəl tərk etdiyi üçün Ukrayna prezidenti Volodimir Zelenski və NATO-nun baş katibi Mark Rutte ilə planlaşdırılan görüşdə iştirak edə bilməyəcək.

Editor.az bu barədə Wall Street Journal-a istinadla xəbər verir.

“Trampın gedişi o deməkdir ki, Zelenski Ukrayna ilə bağlı çərşənbə axşamı səhər saatlarında keçirilməsi planlaşdırılan müzakirəni buraxacaq”,- deyə bildirilib.

Qeyd edək ki, Tramp G7 sammitini tərk edib və iyunun 16-da axşam Vaşinqtona uçub. Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, Tramp zirvədə əla gün keçirib, Böyük Britaniya və baş nazir Key Starmerlə əhəmiyyətli ticarət sazişi imzalayıb. Lakin Yaxın Şərqdəki vəziyyətə görə oranı tərk etmək məcburiyyətində qalıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
6
editor.az

1Mənbələr