AZ

İran Azərbaycanla bağlı təxribatçı iddianı təkzib etdi

“Tehranda İsrail PUA-larının Azərbaycandan İrana buraxılması ehtimalı ilə bağlı etibarlı məlumat yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Tehranın İrəvandakı səfiri Mehdi Sübhani mətbuat konfransında sosial şəbəkələrin Ermənistan və İran seqmentlərində yayılan təxribatçı iddiaları şərh edərkən deyib.
“Bizə təsdiqlənmiş faktlar lazımdır. Sosial şəbəkələrdə İran vətəndaşları və digərləri tərəfindən yerləşdirilən videolar dəlil deyil. Bizə deyilənlərin doğru olduğunu təsdiq edən konkret məlumatlar lazımdır”, - diplomat vurğulayıb.
Seçilən
15
sherg.az

1Mənbələr